"Əgər partiyalar seçkiləri boykot etmək taktikası yürüdür və həmin xətti davam etdirirlərsə, o siyasi partiyaların hər hansı bir perspektivindən danışmaq mümkün deyil."

Belə bir açıqlama ilə çıxış edən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov SalamNews-a deyib ki, siyasi partiya mövcuddursa mütləq seçki prosesində iştirak etməlidir: "Əgər onların seçki mühitindən hər hansı bir narazılığı varsa həmin mühiti dəyişməyə, onu öz xeyrinə etməyə çalışmalıdır”.

Rufiz Qonaqov bildirib ki, Azərbaycanda seçkiqabağı mühit sabit, demokratikdir: "Hər şey sabit, öz axarı ilə gedir. Ölkədə ictimai-siyasi sabitlik var. Seçki kampaniyası mövcud qanunvericilik və konstitusiyaya uyğun şəkildə həyata keçirilir”.