Bakının daşınmaz əmlak bazarında qiymətlər 1,53 faiz enib. Axar.az xəbər verir ki, ucuzlaşma həm hazır mənzillərin, həm də torpaqların qiymətində qeydə alınıb. Fins.az-a "MBA Group” konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov açıqlamasında qeyd edib ki, ötən ay ən böyük ucuzlaşma torpaq bazarında baş verib. Ötən ay torpaqların qiyməti 4,1 faiz azalıb. İndi Bakıda 1 sot torpağın orta qiyməti 16737 dollardır. Köhnə mənzillərin qiymətində isə 3,5 faiz azalma var. Alıcıların azalması və tələbatın aşağı düşməsi nəticəsində qiymətlər 1 kvadratmetr üçün orta hesabla 1549 dollara enib. Köhnə mənzillərdən fərqli olaraq ilkin mənzil bazarında, yəni yeni tikililərdə qiymətlər enməyib və orta qiymət 1037 dollardır. Kommersiya obyektlərinin qiymətində isə azalma cüzidir – cəmi 1,1 faiz. Bu azalmadan sonra kommersiya obyektlərinin 1 kvadratmetrinin orta qiyməti 3140 dollara enib.