İspaniyalı deputat Yordi Huqlın başçılıq etdiyi AŞPA-nın seçkiqabağı missiyası bu gün Azərbaycan siyasi partiyalarının nümayəndələri ilə görüşüb noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilər üzrə seçki kampaniyasının gedişatı ilə maraqlanıblar.
Görüşdə iştirak edən Müasir Müsavat Partiyasının sədri mia.az-a açıqlamasında deyib ki, gğrüş zamanı qarşılıqlı fikir mabadiləsi olub: "Seçkiöncəsi vəziyyət, parlament seçkiləri və bir sıra digər məsələlər müzakirə olundu. Mən AŞPA-nın seçkiqabağı missiyasının nümayəndələrinə Qərbdən gələn qərəzli təpkilərlə bağlı mövqeyimi bildirdim. Xüsusən də Avropa Parlamentinin məlum qətnaməsinin əsassız olduğunuvurğuladım. Dedim ki, əgər demokratiyanın tərəfdarıdırlarsa, bunu bütün məsələlərdə mnümyiş etdirsinlər. Bizə qarşı ikili standartlar tərbiq eləməsinlər".