Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bu il noyabrın 1-nə təyin edilmiş parlament seçkilərində mübarizə aparacağı dairəni müəyyənləşdirib.
Partiyadan Mia.az-a verilən məlumata görə, Əli Əliyev öz namizəliyini 15 saylı Yasamal birinci seçki dairəsindən irəli sürüb.
Qeyd edək ki, Ə.Əliyev 2010-cu il parlament seçkilərində də 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd olub.