"Qərbin, Avropanın beyin mərkəzləri artıq böyük bir proqram hazırlayıblar. Onlar dövlət çevrilişi etmək və ölkədə qarşılıqlıq yaratmaq istəyirlər. Biz bunların hamısını bilirik”. 

Bunu Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev müxalifətin bu ilin noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini boykot etməsi çağırışına münasibət bildirərkən deyib.

MMP sədrinin sözlərinə görə, onlar çalışırlar ki, Azərbaycanda "Maydan hərəkatı” yaratsınlar: "Bu insanlara tapşırıblar ki, birmənalı şəkildə parlament seçkilərinə gedilməyəcək. Həmin yerdə olan qul "beçə"lər, ələ baxanlar onların tapşırığını yerinə yetirməyə çalışırlar. Hətta cənab Prezident İlham Əliyev də dəfələrlə öz nitqində söyləyib ki, neçə illərdir ki, bu şəxslər Qərbin, Avropanın pulunu yeməklə məşğuludurlar. Onlar suyu bulandırmağa çalışırlar. Təbii ki, bizlərdə bunun baş verməməsi üçün əlimizdən gələni edəcəyik ki, onların pis niyyətləri baş tutmasın”.