Noyabrın 1-də keçiriləcək parlament seçkilərinə çox az vaxt qalıb. Modern.az saytı Milli Məclisin hazırkı deputatlarından bir neçəsi ilə əlaqə saxlayaraq, seçkilərdə iştirak ertmək üçün namizədliklərini verib-verməyəcəklərini soruşub.

21 saylı Nəsimi birinci seçki dairəsinin hazırki deputatı Aytən Mustafayeva seçkilərə az vaxt qalsa da, hələ qərar qəbul etməyib: "Noyabrın 1-də keçiriləcək seçkilərdə iştirak etməyimlə bağlı yekun qərara gəlməmişəm. Bu barədə gələn həftə konkret olaraq açıqlama verəcəm”.

Deputat Fəzail İbrahimli isə xanım həmkarından fərqli olaraq qərarını qətiləşdirdiyini deyib: "Hazırda deputatı olduğum 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən namizədliyimi yenid irəli sürmüşəm. Seçkilərdə iştirak edəcəyəm. "Ümid sonda ölür” deyirlər. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Tanrının qismət payında nə varsa, seçki günü bilinəcək”.