QAT sədri Akif Nağı Milli Məclisə seçkilərdə namizədliyini 9 saylı Binəqədi seçki dairəsindən verib. O, bu gün ərizə ilə həmin dairənin seçki komissiyasına müraciət edib.

A.Nağı bildirib ki, QAT-ın mərkəzi ofisi bu ərazidə yerləşir, dairənin sakinləri, seçiciləri ilə sıx əlaqələri var, ona görə də bu dairəyə üstünlük veriblər.

Xatırladaq ki, bundan öncə A.Nağı musavat.com-a namizədliyini Xankəndi seçki dairəsindən irəli sürəcəyini demişdi.