Ötən gün Hakim Yeni Azərbaycan Partiyası parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı açıqlayıb.
Ötən seçkidə spiker Oqtay Əsədovun seçildiyi 8 saylı Binəqədi 1-ci seçki dairəsindən YAP-ın namizədi olan Aysel Əlizadə ictimaiyyətin böyük marağına səbəb olub.
Eyni zamanda 125-lər seçki blokunun namizədi, yazar Aysel Əlizadənin də adıçəkilən dairədən namizədliyini irəli sürülməsi seçicilər arasında çaşqınlıq yaradıb.
YAP-ın namizədi Aysel ƏlizadəAzVision.az-a açıqlamasında bildirib ki, YAP-ın namizəd siyahısına düşüdüyünə görə, çox sevinclidir:"2011-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Hakim partiyanın namizəd siyahısına düşüdüyümə görə çox sevincliyəm. Partiyamın etimadına layiq olmağa çalışacağam”.
YAP-çı Aysel Əlizadənin kimliyi ilə bağlı müzakirələr zamanı onun müğənni Aysel Əlizadə olduğu deyilirdi.
Qeyd edək ki, 1989-cu ildə İsmayıllı şəhərində dünyaya gələn A. Əlizadə orta məktəbi Binəqədi rayonu Əliağa Şıxlinski adına 135№-li tam orta məktəbdə bitirib. Ali təhsilini isə Təfəkkür Universitetində alıb. Hazırda məzunu olduğu məktəbin müəlliməsidir.
A. Əlizadə 2014-cü ildə bələdiyyə seçkilərində uğur qazanaraq bələdiyyə üzvü seçilib.

