"Seçkilərdə iştirakım partiya tərəfindən məsləhət bilinsə, adım siyahıda olacaq".  

Bunu YAP İdarə Heyətinin üzvü, deputat Eldar İbrahimov deyib. Onun sözlərinə görə, partiyanın namizədlər siyahısının açıqlanması ilə prosesində heç bir yubanma yoxdur.   Deputat partiyada seçkiyə hazırlıqlarla maraqlandığını və bunun yüksək səviyyədə olduğunu da bildirib.   

Xatırladaq ki, parlament seçkiləri noyabrın 1-də keçiriləcək. Hakim partiya və ölkənin əsas siyasi güc mərkəzi YAP hələ namizəd siyahısını açıqlamayıb(axar.az).