PKK terrorçuları Şırnak-Uludərə yolunun 2-ci kilometrliyində yerləşən polis postuna bombalı hücum həyata keçirib.

Bakı vaxtı ilə səhər 07:30 radələrində bomba yüklü avtomobilin partladılması nəticəsində 2 türk polisi şəhid olub, 5 polis məmuru yaralanıb. 

Partlayışdan sonra iriçaplı silahlardan atəş açan PKK-çılar,  "Kobra" helikopterlərinin zərbələrindən sonra zərərsizləşdirilib. Son dəqiqə məlumatların görə, 2 terrorçu məhv edilib.

Ərazidə əməliyyatlar davam edir. 

Musavat.com