Ukraynada həyat səviyyəsi Qabonla eyni vəziyyətə çatıb.
Mia.az Axar.az-a istinadən xəbər verir ki, bunu Odessa qubernatoru Mixail Saakaşvili Ukrayna mətbuatına açıqlamasında söyləyib. Onun sözlərinə görə, ölkənin ümumi daxili məhsulu 184 milyard dollardan 115 milyard dollara qədər azalıb:
"Hazırkı hakimiyyətin 1,5 illik fəaliyyəti nəticəsində kölgə iqtisadiyyatı 32%-dən 47%-ə çatıb. Təəssüf ki, bu həqiqətdir. Ukrayna dərhal islahatlara getməlidir”.