"Heç şübhəsiz ki, Cəmil Həsənlinin bu ilin noyabrında ölkəmizdə keçiriləcək parlament seçkilərində namizədliyini verməməsi Əli Kərimlinin bilavasitə təsir imkanları ilə bağlıdır. Bu məsələdə Əli Kərimli mühüm rol oynayır”. Bunu sia-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.
MMP sədrinin sözlərinə görə, bu gün Cəmil Həsənli Qərbin və Avropa dövlətlərinin tapşırığını yerinə yetirir: "Beləcə bu şəxslər onların maraqlarına uyğun olan addımlar atırlar. Hətta bu yaxınlarda onlar xarici dövlətlərin səfirləri ilə görüşdülər və müəyyən tapşırıqlar aldılar. Bunun nəticəsi isə heç də yaxşı olmayacaq. Düşünürəm ki, Həsənov Cəmil ilə Kərimov Əli və digərləri artıq Azərbaycanda siyasi sabitliyi pozmaqdan ötrü bütün variantlarını işə salıblar. Təbii ki, onlara dəstək olan müəyyən qüvvələr var. Amma onların pis niyyətləri baş tutmayacaq”.