Klassik Xalq Cəbhəsi Partiyasının mənzil qərargahında "AZADLIQ-2015" siyasi partiyalar blokuna daxil olan partiyaların sədrləri ilə ABŞ səfiri Sekutanın görüşü keçirilib.
Mia.az xəbər verir ki, görüşdə KXCP sədri Mirmahmud Mirəlioğlu, AXP sədri Pənah Hüseyn, BAP-nın sədri Elşad Musayev, VİP sədri Əli Əliyev, ACP sədri Sülhəddin Əkbər, "Azadlıq" partiyasının sədri Əhməd Oruc, Aydınlar Partiyası sədrinin biinci müavini Qorxmaz İbrahimov iştirak ediblər.
2 saata yaxın keçirilən görüşdə Azərbaycan-ABŞ münasibətləri, siyasi qüvvələr arasında dialoq, demokratiya, insan haqları, Qarabağ məsələsi, siyasi məhbuslar və digər məsələlər istiqamətində fikir mübadiləsi aparılmşdır.