Maliyyə naziri Samir Şərifov sentyabrın 6-da imzaladığı əmrlə Ağcabədi rayon maliyyə idarəsinin rəisi Xosrov Nəsirovu vəzifəsindən azad edib.


Mia.az xəbər verir ki, bu barədə Kirpi.tv məlumat yayıb. Saytın xəbərinə görə, buna səbəb isə Maliyyə İdarəsinin fəaliyyətində aşkar olunan maliyyə pozuntuları olub. 


Qeyd edək ki, bir müddət öncə Maliyyə Nazirliyinin əməkdaşlarından təşkil olunan yoxlama heyəti Ağcabədi rayonunda bir sıra büdcə təşkilatlarında geniş yoxlamalar həyata keçirib.  Maliyyə Nazirliyi ilə eyni vaxtda Hesablama Palatası da yoxlamalar həyata keçirərək, rayonda büdcə vəsaitlərinin mənimsənilməsi və təyinatından kənar istifadə halları aşkara çıxarılıb.