"Türkiyə ərazisi terrorçulardan təmizlənəcək”
Türkiyənin baş naziri Əhməd Davudoğlu Hakkari vilayətində baş vermiş terror aktı ilə bağlı keçirdiyi mətbuat konfransında PKK-ya sərt mesaj verib.
Baş nazir "O dağlar terroristlərdən təmizlənəcək. Nə olursa olsun təmizlənəcək. Bu ölkənin dağları, düzənlikləri, şəhərləri terroristlərə verilməyəcək”, - deyə, bildirib. Onun sözlərinə görə, terrorla mübarizə daha əzmlə davam etdiriləcək.
Qeyd edək ki, Hakkari vilayətində baş vermiş terror aktı nəticəsində 16 insan əsgər şəhid olub, 6-ı isə yaralanıb.