Mia.az xəbər verir ki, bu sözləri sabiq deputat Nazim Məmmədov deyib. O bildirib ki, hələ bir il öncə seçicilərinə 2015-ci il seçkilərində namizədliyini yenidən təşəbbüs qrupu tərəfindən irəli sürülməsinə razılıq verib:
"Eyni zamanda, YAP-nın sədrinə və idarə heyətinin üzvlərinə may ayında rəsmi müraciət etmişəm ki, mənim adımı vahid namizəd siyahısına salmaq istəyirsinizsə, etiraz etmirəm. Ancaq mənə ən böyük kömək mane olmamaqdır, yəni bu o deməkdir ki, 104 saylı seçki dairəsində mənim seçkini qazanmağım su içimi kimi çox sadədir. Prinsip olaraq, majoritar seçkilərdə iqtidar partiyasının "vahid namizəd siyahısı" anlayışına qarşıyam".
Nazim Məmmədov sonda bildirib ki, o, 2005-ci ildən bu yana sahibkarlıq fəaliyyəti ilə məşğul olmur:
"Jurnalistlərin diqqətinə çatdırım ki, məni iş adamı kimi təqdim etməyiniz Mülki Məcəlləyə ziddir. Təsisçilik sahibkarlıq deyil".