Bu gün ADP Ali Məclisinin
növbəti iclası keçirilib. İclasda Respublikada ictimai siyasi vəziyyət, təşkilati
məsələlər, partiyanın 01 noyabr 2015-ci il parlament seçkilərində iştirakı ilə əlaqədar
məsələ və digər məsələlər müzakirə edilib.
Mia.az xəbər verir ki, ilk növbədə Ali Məclisin
rəhbərliyinə yeni seçkilər keçirilib. Səsvermə yolu ilə Ali Məclisin üzvü İsa Cəfərov
Ali Məclisin sədri, Nəbi Abbasov Ali Məclisin sədrinin müavini, Mehparə Bəylərova
isə Ali Məclisin katibi seçiliblər.
İctimai siyasi vəziyyətlə
əlaqədar partiyanın sədri Sərdar Cəlaloğlu məruzə ilə çıxış edib. Müzakirələrdən
sonra ölkədə insan hüquqlarının vəziyyətinə dair bəyanat qəbul edilib. (bəyanat
mətnə əlavə edilib)
İclasda 1 noyabr 2015- ci ildə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə ADP-nin iştirakına dair məsələ müzakirə edilib. Partiya adından aşağıdakı dairələrdən namizədlərin irəli sürülməsi haqqında qərar qəbul edilib:
1.
Sərdar Cəlaloğlu – 9 saylı Binəqədi 2-ci seçki
dairəsi;
2.
Həsrət Rüstəmov
– 14 saylı Xəzər seçki dairəsi;
3.
Nazilə
Soltanova – 17 saylı Yasamal 2-ci seçki dairəsi;
4.
Taliyyət
Əliyev – 21 saylı Nəsimi 1-ci seçki dairəsi;
5.
Rəşid
Mansurov – 22 saylı Nəsimi 2-ci seçki dairəsi;
6.
Bəhruz Məmmədov
– 23 saylı Nəsimi-Səbail seçki dairəsi;
7.
Nurəddin
İsmayılov – 25 saylı Nizami 2-ci seçki dairəsi;
8.
Mehparə Bəylərova
– 33 saylı Xətai 1-ci seçki dairəsi;
9.
Zakir
Hüseynov – 34 saylı Xətai 2-ci seçki dairəsi;
10.
Vasif
Abdullayev – 35 saylı Xətai 3-cü seçki dairəsi;
11.
Xaliddin
Cahangirov – 42 saylı Sumqayıt 2-ci seçki dairəsi;
12.
İsa Cəfərov – 44 saylı Sumqayıt-Abşeron seçki
dairəsi;
13.
Kamil İsayev – 46 saylı Şirvan seçki dairəsi;
14.
Əli Rəfiyev – 47 saylı Mingəçevir seçki dairəsi;
15.
Cəbrayıl Dünyamalıyev – 65 saylı
Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi;
16.
Daşqın Nuriyev – 69 saylı Cəlilabad-Masallı-Biləsuvar
seçki dairəsi;
17.
Məmmədağa Eynullayev – 70 saylı Masallı şəhər
seçki dairəsi (bitərəf);
18.
Rahib Həşimov – 75 saylı Lənkəran-Masallı
seçki dairəsi;
19.
İlqar Qənbərov – 77 saylı Astara seçki dairəsi;
20.
Xanoy Musayev
- 110 saylı Zaqatala seçki dairəsi;
21.
Mübariz
İsmayılov – 111 saylı Zaqatala-Balakən seçki dairəsi;
İclasda həmçinin parlament seçkilərinə dair digər hüquqi prosedurlara dair müvafiq qərarlar qəbul edilib.