Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Arseni Yaçenyukun bəyanatına faktlarla sərt cavab verib.  

Mia.az Axar.az-a istinadən xəbər verir ki, video çarxla baş nazirə cavab verən qubernator  "faktların dili ilə” danışacağını və hökumətin ölkə iqtisadiyyatını məhv edən addımlar atdığını sübuta yetirəcəyini açıqlayıb:   

"Hökumətin son 1 il ərzindəki fəaliyyəti Ukrayna dövlət müəssisələrinə dəyən 100 milyard qrivna ziyanla ölçülür. Bəli, dövlət müəssisələri doğrudan da, gəlir əldə edir, amma yalnız oliqarxlar üçün. Çünki bu pullar Ukrayna xalqına ziyandan başqa heç nə vermir. Oliqarxların fəaliyyəti məhz bundan ibarətdir”. 

Saakaşvili həmçinin qeyd edib ki, ölkədə islahatlar aparılmasına baxmayaraq, rüşvətin qarşısını almaq mümkün deyil.   

Xatırladaq ki, bundan öncə Baş nazir Arseni Yaçenyuk Saakaşvilinin "ölkə hakimiyyəti oliqarxların nəzarəti altındadır” iddiasını cəfəngiyyat və "əsassız emosiyalar” adlandırmışdı.