Türkiyənin Mardin vilayətinin Darkeçid qəsəbəsində terrorçular tərəfindən yandırılan məktəbi söndürmək üçün gedən polislər PKK-çıların pusqusuna düşüb.
AzVision.az xəbər verir ki, yolda quraşdırılan partlayıcı qurğunun işə düşməsi nəticəsində zirehli avtomobilin içərisində olan 4 polis şəhid olub.
Şəhid olan polislərin adı da açıqlanıb. Bunlar 45 yaşlı İbrahim Xəlil Aksoy, 29 yaşlı Akif Hatunoğlu, 31 yaşlı Mehmet Hüseyn Balta və 22 yaşlı Əhməd Akalındır.