Ədliyyə Nazirliyi Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) III qurultayının nəticələrinin tanınması üçün müraciətinə cavab verib.

Mia.az xəbər verir kii, bu barədə APA-ya KXCP sədrinin müavini Xəzər Teyyublu məlumat verib. O bildirib ki, Ədliyyə Nazirliyi tərəfindən partiyanın qurultayının sənədləri araşdırılıb və tanınıb: "Nazirlik tərəfindən müvafiq çıxarış partiyaya təqdim olunub”.

Xatırladaq ki, KXCP-nin qurultayı bu il avqustun 1-də keçirilib. Mirmahmud Mirəlioğlu növbəti dəfə partiya sədri seçilib.