Müsavat Partiyasının Məclis üzvü Saday Hacılı həbs olunub.
Bu barədə AzNews.az-a partiyadan məlumat verilib. Bildirilib ki, o, səhər saatlarında yaşadığı evdən Şirvan Polis Bölməsinə aparılıb.
Müsavat Partiyası Şirvan rayon təşkilatının sədri Əlikram Xurşidov faktl təsiqləyib. Onun sözlərinə görə, S.Hacılıya məhkəmənin qərarı ilə 20 sutka inzibatı həbs verilib.
Qeyd edək ki, S.Hacılı polisə müqavimədə ittiham olunub.