Moskvada keçirilən Beynəlxalq Aviasiya-Kosmik Sərgisində (MAKS-2015) iştirak edən Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Rusiya istehsalı olan döyüş helikopterləri ilə maraqlanıblar.

Rusiya mediasının verdiyi məlumatına görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin əməkdaşları MAKS-2015-də nümayiş olunan, "Vertoleoti Rossii” Konsernin istehsal etdiyi bəzi helekopterlərlə yaxından tanış olublar. 

Azərbaycanlı hərbçilər əsasən yeni nəsil zərbə helikopterlərdən sayılan Mi-28-in texniki xarakteriskasını öyrəniblər.

İstehsalçı tərəf isə Azərbaycanın bu helikopterə göstərdiyi diqqəti təqdir ediblər və əməkdaşlığın mümkünlüyünü söyləyiblər. 

Məlumatda o da qeyd olunub ki, buna qədər isə Azərbaycan 24 ədəd Rusiya istehsalı olan Mi-35 helikopterləri alıb(AzeriDefence).