PKK Türkiyədə yenə qan töküb.
Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bitlisdə Şəhər Jandarma Komutanlığına hücum edən PKK-çilar ağır silahlardan istifadə edərək 4 əsgəri yaralayıb. Cavab atəşi ilə 6 terrorist zərərsizləşdirilib. Digərləri isə qaçıblar.
Məlumata görə, yaralı əsgərlər helikopterlə Tatvan Hərbi Xəstəxanasına aparılıblar. Bir əsgərin vəziyyəti isə ağırdır. Qaçan terroristləri yaxalamaq üçün bölgədə geniş çaplı əməliyyat davam edir.