Bu gün Ali Məhkəmə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədliyə kəsilmiş həbs cəzasını qüvvədə saxlayıb

Bu barədə "Turan"a vəkil Elçin Sadıqov məlumat verib. Onun sözlərinə görə, bir müddət əvvəl Anar Məmmədlinin qanunsuz həbsi ilə bağlı Avropa məhkəməsinə ilk şikayət göndərilib. Bu şikayət üzrə Azərbaycan hökuməti ilə kommunikasiya artıq yekunlaşıb və qərar gözlənilir.

Xatırladaq ki, Anar Məmmədli 2013-cü il dekabrın 17-də həbs edilib, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə və vergidən yayınma ittihamı ilə 5 il yarım azadlıqdan məhrum edilib.

2014-cü il dekabrın 10-da Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb. Amnesty İnternational təşkilatı Anar Məmmədlini vicdan məhbusu elan edib.