Bazar ertəsi Mərkəzi Bank dolların məzənnəsini elan etdikdən sonra bəzi banklar məhdud həcmdə dollar satışına  başlayıblar.

Bankdan asılı olaraq bir ələ  $1 mindən $5 minədək həcmdə dollar satışı ilə bağlı limit müəyyən edilib. Lakin valyuta tez qurtarır. Ekspertlər baş verənləri valyuta qıtlığının artması ilə əlaqələndirirlər. AMB-nin məlumatına görə, iyulda valyuta ehtiyatları $18,7 mln. azalıb.
Fevral devalvasiyasndan sonra martdan iyula qədər AMB-nin valyuta ehtiyatları $11 mlrd. 4,4 mln.-dan  $8 mlrd. 501,5 mln.-dək azalıb.

Xatırladaq ki, 2014-cü il iyulun 31-i üçün AMB-nin valyuta ehtiyatları $15 mlrd. 193.4 mln. ekvivalentində olub. İllik zaman kəsiyində AMB-nin valyuta ehtiyatları $6 mlrd. 691,9 mln. tükənib. (contact.az)