Keçmiş deputat Hidayət Qulamov 1 noyabr 2015-cü ildə keçiriləcək V çağırış Azərbaycan Respublikasının Parlamentinə seçkilərdə 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən Ümid Partiyasının namizədi olacaq.
Bu barədə Mia.az-a partiyadan məlumat daxil olub.
Xatırladaq ki, Hidayət Qulamov 2000-2005-ci illərdə Milli İstiqlal Partiyasından seçilərək parlamentdə təmsil olunub.