Tbilisi Kiyevdən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə Ukrayna vətəndaşlığı verilməsi ilə bağlı faktın rəsmən təsdiqlənməsini gözləyir. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ədliyyə naziri Teya Tsulukiani deyib ki, bundan sonra Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum ediləcək.

Onun sözlərinə görə, Gürcüstan qanunvericiliyində ikili vətəndaşlıq nəzərdə tutulmayıb.

Saakaşvili mayın 29-da Ukrayna vətəndaşlığı alıb. Bir gün sonra həmin sənəd prezident Pyotr Poroşenkonun saytında yerləşdirilib. Sonra Gürcüstanın keçmiş prezidenti Odessa vilayətinin qubernatoru təyin edilib.

Ukrayna da ikili vətəndaşlığı qəbul etmir.