Bu gün Rusiyaya məxsus üç hərbi gəmi Azərbaycan sularına daxil olub.


Bu barədə jurnalistlərə açıqlamasında Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) baş komandanı Viktor Çirkov bildirib. 

Çirkov vurğulayıb ki, Azərbaycana `Mahaçqala` və `Volqodonsk` adlı iki artilleriya, `Anatoliy Qujvin`in adını daşıyan hidroqrafik gəmi göndərilib

Bununla yanaşı HDQ Baş komandanın sözlərinə görə, ilin sonuna kimi Rusiya Xəzər Dənizində ən azı iki beynəlxalq təlim keçirəcək. 

`2015-ci ilin sonuna qədər Xəzər dənizi hövzəsində iki beynəlxalq hərbi-dəniz təlimlərinin keçirilməsini düşünür. Onlardan biri Rusiya, Qazaxıstan və Azərbaycan HDQ-nın iştirakı ilə üçtərəfli, digəri isə Rusiya və Azərbaycan dənizçilərinin iştirakı ilə ikitərəfli təlimlər olacaq`, - deyə Çirkov vurğulayıb.