ATƏT-in Demokratik Təsisatlar və İnsan
Hüquqları Bürosunun (DTİHB) Ehtiyacların Dəyərləndirilməsi Missiyasının
nümayəndələri bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir
Pənahovla görüşüb.
Mia.az xəbər verir ki, missiya üzvlərini salamlayan MSK sədri görüşdən məmnunluğunu ifadə edərək, rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla əlaqələrinə hər zaman önəm verdiyini, seçki sisteminin hazırkı inkişaf səviyyəsinə çatmasında və əldə olunan nailiyyətlərdə bu münasibətlərin əhəmiyyətli rol oynadığını, gələcəkdə də seçkilər sahəsində qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bildirib.
ATƏT/DTİHB-nin MSK ilə səmərəli
əməkdaşlığının uzunmüddətli tarixi olduğunu vurğulayan qonaqlar səmimi qəbula
görə təşəkkürlərini bildirərək, Milli Məclisə seçkilərlə bağlı görüləcək
işlərlə maraqlanıb. Missiya üzvlərinin suallarını cavablandıran MSK sədri
Məzahir Pənahov seçkilərə hazırlıq istiqamətində görülmüş işlər, vətəndaşların
seçki hüquqlarının daha səmərəli təmin edilməsi üçün atılacaq addımlar və nəzərdə
tutulan layihələri diqqətə çatdırıb.
Görüşdə həmçinin, qarşılıqlı maraq
doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.