Bu gün Böyük Quruluş Partiyası Siyasi Qurulunun növbədənkənar iclası keçirilib.

Mia.az Strateq.az-a istinadən xəbər verir ki, Partiya başqanı Fazil Mustafanın sədrliyi ilə keçirilən iclasda partiyanın daha on seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədləri müəyyən edilib və onların təsdiq olunması məsələsinin Ali Məclisin növbəti iclasının gündəliyinə salınması barədə qərar qəbul edilib:

41 saylı Sumqayıt birinci seçki dairəsi üzrə-Mustafayev Mədət Veysəl oğlu.Ali təhsilli, fəaliyyət növü: özəl sektor.
50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə- Məmmədov Yoldaşxan Babaş oğlu. Ali təhsilli, təqaüdçü.
52 saylı Quba seçki dairəsi üzrə- Məmmədov Pərviz Zakir oğlu. Ali təhsilli, özəl sektor
95 saylı Xaçmaz şəhər seçki dairəsi üzrə- Həsənov Anar Soltanməcid oğlu. Ali təhsilli, müəllim.
61 saylı Neftçala seçki dairəsi üzrə- Dadaşov Ramiz Nadir oğlu. Ali təhsilli, məşqçi-müəllim.
66 saylı Biləsuvar seçki dairəsi üzrə- Səlimov Cavad Əflatun oğlu. Ali təhsilli, müəllim.
74 saylı Lənkəran kənd seçki dairəsi üzrə- Səfərov Rəyasət Nəsrullah oğlu. Orta ixtisas təhsilli, əczaçı,sahibkar.
75 saylı Lənkəran-Masallı seçki dairəsi üzrə- Əliyev Seyfəddin Baldadaş oğlu. Ali təhsilli, özəl sektor.
76 saylı Lənkəran-Astara seçki dairəsi üzrə- Əliyev Asif Südef oğlu. Ali təhsilli, özəl sektor.
117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə- İbrahimova Nərgiz Oqtay qızı. Ali təhsilli, özəl sektor.

Xatırladaq ki, partiya bundan əvvəl də 15 dairə üzrə namizədlərini açıqlayıb.