Türkiyə ordusu PKK-nın gizlənməyə çalışdığı Tendürek dağındakı hədəflərini helikopterlərlə vurub.
Avropa.info xəbər verir ki, Ağrı şəhər meriyasının Ağrı dağı ilə Tendürek dağını 15 gün müddətinə hərbi təhlükəsizlik bölgəsi elan etməsindən sonra, Türkiyə ordusu həmin ərazidəki PKK hədəflərini bombardıman edib.
Məlumatlara görə, bombalanan ərazilərdə Türkiyə ordusunun bu əraziləri vurmasının qarşısını almaq üçün "canlı qalxan" aksiyası keçirən HDP-li deputat Dirayet Dilan Taşdemir də olub. Onun hər hansısa xəsarət alıb almadığı məlum deyil.