Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev qətlə yetirilən jurnalist Rasim Əliyevin ölmünə münasibət bildirib.

Partiya sədrinin sözlərinə görə, hadisədə daha böyük qüvvələrin əli var:

"Jurnalistin ölümünü bizim partiya kəskin şəkildə pisləyir, bu Azərbaycan üçün utancverici bir haldır. Hadisəni prezidentin islahatlarına kölgə salmaq istəyən qüvvələr törədib, bu gün kimlərsə Azərbaycanı qana sürükləmək istəyir. Baş vermiş hadisə Azərbaycanda xaos yaratmaq istəyən xarici və daxili düşmənlər üçün bir "pas" oldu. Onlar da bundan istifadə edərək qarşıdurma yaratmaq istəyəcəklər. Bu hadisəni ölkə daxilində prezidentə xəyanət edən şəxslər təşkil edib. Hələ ki, istintaq gedir, deyə mən ad çəkmək istəmirəm, amma belə davam edəcəksə mən prezidentin ətrafında olub, amma ona xəyanət edən şəxslərin adını çəkəcəm”(Moderator.az)