"Jurnalist Rasim Əliyevin bir qrup şəxslər tərəfindən döyülərək qətlə yetirilməsi üzücü hadisədir. Daşıdığı peşəsindən asılı omayaraq, hər kəsin təhlükəsiz yaşama haqqı güvənc altında saxlanılmalı və hamı üçün qanunuların aliliyi gözlənilməlidir”.
Bu fikirləri Mia.az-a jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı açıqlamasında AMİP Siyasi Şurasının üzvü Əli Orucov deyib.
Qətlin siyasiləşdirilməsinin əleyhinə olduğunu deyən AMİP yetkilisi qeyd edib:
"Son dövrlər cəmiyyətin leksikonunda yer alan ifadələrin daha sərtləşməsi, aqressivləşmə, problemlərin həllində zora üstünlük verilməsi halları narahat doğurmaya bilməz. Bu təkcə qətlə yetirilən jurnalist Rasim Əliyevin faciəsi deyil, həm də insanların getdikcə kin-küdurətə, qisasçılığa, nifrətə və qanunsuzluqlara daha artıq meyllənməsinin acınacaqlı mənzərəsidir.
İnanıram ki, hakimiyyət belə faciələrin bir daha yaşanmaması üçün geniş araşdırmalar apararaq müvafiq iq addımlar atacaq, ələlxusus da qətli törədənlərin və bu cinayətdə adları keçənlər laqyili cəzalarını alacaqlar. Hüquq-mühafizə orqanlarının görüdüyü ilkin tədbirlər ümid verir ki, mərhumun qanı yerdə qalmayacaq”.