Döyülərək öldürülən jurnalist Rasim Əliyevlə bağlı hadisə ölkənin gündəmini zəbt edib.

Strateq.az xəbər verir ki, baş verən xoşagəlməz hadisəyə Azərbaycan Liberal Partiyası da öz münasibətini açıqlayıb.

Partiya sədri Əvəz Temirxan Strateq.az-a açıqlamasında deyib ki, bu hadisəni qətiyyətlə pisləyirlər:

"Azərbaycan Liberal Partiyası jurnalist Rasim Əliyevin öldürülməsini qətiyyətlə pisləyir, Azərbaycan hakimiyyətini onun qatillərini tapıb, məsuliyyətə cəlb etməyə çağırır".