Mia.az-ın Olaylar-a istinadən məlumatına görə, bu barədə təşkilat sədri deyib ki, Gürcüstan Demokratik İslahatların İnkişafı Mərkəzi (GDİİM) adlı təşkilatı artıq dövlət qeydiyyatından keçib:
"Təşkilatın bank hesabı açılıb və möhürü də hazırlanıb. Bütün sənədlər təşkilat sədrinə çatdırılacaq”. Cavid Şahverdiyev bildirib ki, Gürcüstanda QHT yaratmaqda əsas məqsədlərindən biri orada yaşayan soydaşlarımızın sosial problemlərini Gürcüstan hakimiyyəti qarşısında qaldırmaq və onların həlli yolunda səy göstərməkdir:
"Fikirləşirdim ki, Gürcüstanda da bir QHT yaradaq. Qısa müddət ərzində buna nail olduq. Adını da Azərbaycandakı təşkilatımızın adıyla eyni olmasını qərarlaşdırdım. Ümid edirəm ki, Gürcüstanda yaşayan soydaşlarımızın ölkənin ictimai-siyasi həyatına daha sürətlə adaptasiyasına köməkliyimiz olacaq".