Bəxtiyar Aslanbəyli "BP-Azerbaijan” şirkətinin vitse-prezidenti təyin olunub.

"BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı  məlumatı təsdiqləyib.

Şirkət sözçüsü bildirib ki, B.Aslanbəyli avqustun sonundan vəzifəsinin icrasına başlayacaq. O, bu vəzifədə xarici vətəndaşı əvəzləyəcək.

Xatırladaq ki, Bəxtiyar Əli oğlu Aslanbəyli 1976-cı il avqustun 7-də Bakıda anadan olub.

1993-1997-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsi bakalavr pilləsi üzrə, 1997-1999-cü illərdə isə magistr pilləsi üzrə təhsil alıb.


2000-2005-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutunun dissertantı olub. 1999-cu ildən BDU-da çalışır.

2002-ci ildən BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə vergi müşaviri idi.

İngilis, rus və türk dillərində sərbəst danışır.

APA