Bu barədə REAL Hərəkatının iyulun 30-da yaydığı bəyanatında deyilir. Hərəkatın Meydan TV-yə göndərdiyi bəyanatda deyilir ki, bu cəhdlər müxtəlif mərhələlərdə bu günə qədər çeşidli formalarda – yumşaq danışıqlar, təklif və şirnikləndirmələr, böhtan və təhdidlər, ünsiyyətdən kəsmək, birnəfərlik cəza otağına salmağa qədər müxtəlif formalarda olub: "Lakin son vaxtlar bu cəhdlərin sırasına fiziki hücumlar, təhdidlər də əlavə edilib, belə ki, dünən axşam saatlarında öyrədilmiş şəxslər cəzaçəkmə müəssisəsində İlqar Məmmədova hücum edib, ona fiziki xəsarət yetiriblər".
Respublikaçı Alternativ Hərəkatı xatırladır və vurğulayır ki, qanunvericiliyin hərfinə və ruhuna uyğun olaraq, dövlətin tam himayəsində olan məhbusların başına gələn, ya da gələ biləcək hər bir işə görə müstəsna məsuliyyəti Azərbaycan hökuməti daşıyır.
Respublikaçı Alternativ Hərəkatı bəyan edir ki, onun Sədrinə, İdarə Heyətinin başqa üzvlərinə, eləcə də REAL-ın çevrəsinə heç bir təzyiq onları tutduqları yoldan döndərə bilməz: "REAL ölkəmizdə dinc siyasi dəyişikliklər, demokratikləşmə, hüququn üstünlüyü, xalq qarşısında məsuliyyətli hökumət kimi hədəflərə doğru inamla gedib, bundan sonra da gedəcək".
Penitensiar Xidmətin istimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Rövşən Hacıyev Meydan TV-yə açıqlamasında deyilənləri təkzib edib: "Azərbaycan həbsxanalarında İlqar Məmmədovdan başqa nə qədər məhbus var. Aydın məsələdir, İlqar Məmmədov REAL Hərəkatının nümayəndəsi, rəhbəri olduğu üçün bəyanat veriblər. Dəfələrlə REAL Hərəkatının bəyanatına Pentinsiar Xidmət münasibət bildirib, bizim saytda bu barədə məlumat var. Hər dəfə hər bəyanat haqda sual ünvanlayırsınız, amma sonra cavab verilmədiyini yazırsınız. Onsuz da verdiyimiz cavablarda bildiririk ki, həqiqəti əks etdirməyən bəyanatlardır".