Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatına ağır zərbə endirib.
"Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, hava hücumları nəticəsində təşkilatın silah-sürsat anbarları, sığınacaqları, təlim mərkəzləri, depoları dağıdılıb və 200 üzvü öldürülüb. Təşkilatın rəhbəri Murat Karayılanın qərargahının da vurulduğu iddia edilir.
PKK-nın bir nömrəli şəxslərindən olan Murat Karayılanın qərargahının da vurulan yerlər arasında olduğu, lakin Karayılanın əməliyyat zamanı qərargahda olmadığı bildirilir.