"Türkiyəyə qarşı təhlükə tam aradan qaldırılmayınca, ölkənin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əməliyyat davam etdiriləcək”
APA-nın "Röyters” agentliyinə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Türkiyə baş naziri Əhməd Davudoğlu çıxış edib.
Qeyd edək ki, ötən gün Türkiyə hərbi təyyarələri "İslam dövləti”nin Suriyadakı mövqelərinə, habelə İraqın şimalında yerləşən PKK-çıların mövqelərinə zərbələr endirib.