Türkiyənin Şanlıurfa şəhərində baş verən terror hadisəsi bölgədə ciddi təlatüm yaradıb.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, az öncə Türkiyə ordusu Suriya ilə sərhədə yeni ordu birləşmələri sövq edib. Hazırda ordu karvanının bu istiqamətdə hərəkəti davam edir. Ordunun yaxın günlərdə sərhədi keçərək PKK və İŞİD-ə qarşı geniş çaplı əməliyyata başlayacağı da artıq rəsmi bəyan olunmağa başlayıb. 

Mia.az onu da xəbər verir ki, bu gün Şanlıurfada evində güllələnərək qətllə yetirilən iki polislə bağlı olay da qardaş ölkə toplumunda şiddətlə qarşıllanıb. 

Qeyd edək ki, bu qətli PKK üstənib.

Mia.az