Türkiyə Silahlı Qüvvələrinin Kilis sərhəd bölgəsinə cəlb etidiy tankların, topların lüləsi və raketlər Suriya istiqamətinə yönəldilib. Toplar İŞİD-in nəzarəti altında olan bölgəyə tuşlanıb. Türkiyədən-Suriyaya Suriyadan-Türkiyəyə keçmək istəyənlərə icazə verilmir.
Xəbərə əsasən, pilotsuz uçan aparatlar sərhədboyu Suriyadakı hadisələri və vəziyyəti izləyir. Təhlükəsizlik qüvvələri sərhədə gecə-gündüz keşik çəkir.
Məlumatda qeyd olunub ki, 910 km-lik Türkiyə-Suriya sərhədində 317 sərhəd məntəqəsi fəaliyyət göstərir. Orada 65 min hərbçi vəzifəsini icra edir. (Report)