"Bakcell” MMC-nin Ramiz Həsənovun sədri olduğu Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə "Aztelekom” arasında məhkəməyə çəkişməsi
davam edir.
Xatırladaq
ki, mobil şirkəti adıçəkilən komitəni, daha dəqiqi, bu komitənin yanında fəaliyyət
göstərən Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətini məhkəməyə
verib.
Mia.az xəbər
verir ki, səbəb komitənin tabeliyində olan xidmətin apardığı yoxlama və bunun əsasında
qəbul olunan sərt qərarlar olub.
Məlumata
görə, "Bakcell”in Dövlət Komitəsi ilə davası üzrə iyulun 2-nə nəzərdə tutulan
prosesdə hakim qərarı ayın 16-na təxirə salınıb:
"”Bakcell”in
yoxlama aktı və qərarların ləğv edilməsi tələbi əsasında Bakı Apellyasiya Məhkəməsində
hakim Cahangir Yusifovun sədrliyi ilə təyin
olunan iclas ayın 16-na təxirə salınıb”.
«Bakcell»lə
"Aztelekom”un davası da ötən həftə bitməyib:
"Bildiyiniz
kimi, «Aztelekom” İstehsalat Birliyi «Bakcell»ə müqavilə şərtlərini öz xeyirinə
dəyişməyə can atır və bu səbəbdən məhkəməyə üz tutub. İş hazırda Bakı
Apellyasiya Məhkəməsində hakim Nurəddin Mustafayevin sədrliyi ilə araşdırılır. Hakim
növbəti
iclas
saatını
iyulun 14-nə
təyin
edib”.
Mia.az