AZAL-dan yeni “Yay aksiyası” – Qiymətlər düşdü
"Azərbaycan Hava Yolları” (AZAL) xüsusi "Yay kampaniyası”na start verib. Şirkətdən verilən məlumata görə, aksiya çərçivəsində biletlər 01 iyul 2015-ci ildən 31 avqust 2015-ci ilədək satışda olacaq. Uçuşlar 02 iyul 2015-ci ildən 30 sentyabr 2015-ci ilədək həyata keçiriləcək. Aksiya çərçivəsində biletlərin qiymətini təqdim edirik: Dubay "gediş-dönüş” cəmi 232 Avro; Rostov-na-Donu "gediş-dönüş” cəmi 289 Avro; Bişkek "gediş-dönüş” cəmi 339 Avro; London "gediş-dönüş” cəmi 409 Avro; Roma "gediş-dönüş” cəmi 429 Avro; Milan "gediş-dönüş” cəmi 429 Avro; Paris "gediş-dönüş” cəmi 449 Avro; Onu da əlavə edək ki, göstərilən istiqamətlərdən yalnız Dubay üzrə uçuş və biletlərin satış tarixləri 25 iyun 2015-ci ildən 31 iyul 2015-ci ilədək davam edəcək. Bundan başqa, aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir. Yerlər məhdud olar bilər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19