Mərasimdən öncə Türkiyənin İstiqlal marşı oxunub.
Ən yaşlı deputat kimi müvəqqəti parlament rəhbəri olan Deniz Baykal çıxış edib.
"İndi yeni parlament ilə qarşı-qarşıyayıq. Məclis bir-birinə hörmət etməyə məcbur olan insanlardan, ancaq əl-ələ verərsə, qol-qola girərsə irəliləyə biləcək olan insanlardan ibarətdir. Xalqımızın istəyi belə oldu. Uzlaşmanın təməlində hüquq, əxlaq, vətənpərvərlik olacaq".
Çıxışdan sonra ilk olaraq D.Baykal and içib.