Azərbaycanda turizm sektoruna investisiyalar kəskin artıb
Azərbaycanda turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsinə investisiya qoyuluşu illik müqayisədə 5,7 dəfə artaraq cari ilin yanvar-may ayları ərzində 260,4 mln. manata yüksəlib. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bununla da onun ümumi sərmayələrdə xüsusi çəkisi 4,1% təşkil edib. Statistikaya əsasən, bu sahəyə sərmayələrdə may ayında kəskin artım müşahidə edilib. Belə ki, ötən ay bu sahəyə investisiyalar 6,3 dəfə artıb. Cari ilin yanvar-aprel aylarında bu sahəyə investisiya qoyuluşu cəmi 41,6 mln. manat təşkil edib. Qeyd edək ki, 2015-ci ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala ümumilikdə 6 416,3 mln. manat vəsait yönəldilib. Qeyri-neft sektoruna sərmayələrdə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə əksinə, azalma müşahidə olunub. Qeyri-neft sektoruna investisiyalar illik müqayisədə 0,1% azalaraq 3 657,5 mln. manat təşkil edib. Bu vəsaitin 414,4 mln. manatı qeyri-neft sənayə bölməsinin inkişafında istifadə olunub. Bu sahədə vəsaitin 55,0%-i qeyri-dövlət müəssisə və təşkilatlarının payına düşüb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19