Moskva Avropa ölkələrinin Rusiyada olan dövlət mulkiyyəti üzərinə həbs qoymağa hazırlaşır.

Strateq.az RBK-ya istinadən bildirir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov müsahibəsində bildirib.  "Bizim iqtisadi operatorlarımız rus məhkəmələrinə müvafiq xahişlə müraciət etməyə hazırlaşır. Bizim hesablara qarşı həbs qərarı adekvat olacaq”, - deyə Lavrov bildirib.

Lavrov deyib ki, hazırda Rusiya ilk olaraq rus diplomatlarının hesabları üzərində qoyulmuş həbsin götürülməsinə çalışır.   

"Bu addımlar Vyana konvensiyası ilə tam ziddiyyət təşkil edir”, - deyə Lavrov Avropa məhkəmələrinin qərarını şərh edib. 

Xatırladaq ki, bir sıra Avropa ölkələrində, diplomatik nümayəndəliklər istisna olmaqla, Rusiyaya aid edilən mülklər üzərinə həbs qoyulub.