Müsavat Partiyasının başqanı Arif Hacılı iyun ayının 16-17-də Avropa Parlamentində "Şərq Tərəfdaşlığının gələcəyi” mövzusunda keçiriləcək müzakirələrdə iştirak etmək üçün Avropa Parlamentinə dəvət edilib.
Müzakirələrdə iştirakla yanaşı Arif Hacılının Avropa Parlamentinin rəsmiləri, Avropa ölkələrinin hökümət və dövlət nümayəndələri, postsovet məkanı ölkələrinin siyasi partiya rəhbəri ilə görüşləri planlaşdırılır.
Səfərdə Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı da iştirak edəcək.