Türkiyədə yeni hökumət müzakirələri hər keçən gün daha da şiddətləndiyi bir vaxtda CHP-nin Malatya millət vəkili Vəli Ağbaba CHP-nin koalisiya şərtlərinə yeni birini də əlavə edib. 
 
Mia.az Avropa.info-ya istinadən xəbər verir ki, Ağbaba CHP-nin liderliyi xaricində bir koalisiyaya müsbət baxmadığını bildirib. 
 
CHP-nin sədr müavini olan Vəli Ağbaba koalisiya müzakirələri ilə bağlı açıqlama verərkən "Kılıçdaroğlu baş nazir olmazsa, biz yoxuq", - deyə, bildirib. 
 
Ağbaba "Twitter” hesabından yazdığı açıqlamada belə yazıb:  "Partiyamıza iqtidarın kökü, sədrimizin baş nazir, xalqın isə iqtidarın tək sahibi olmayacağı heç bir koalisiyaya getməyəcəyimizi hamının bilinməsini istəyirəm"