Bakı-2015-də qadınlar arasında su polosu yarışlarına start verilib.
A qrupunun komandalarından Hollandiya və İsrail qarşılaşır. Hazırda Hollandiya İsrail qarşısında 4:0 hesabı ilə öndədir.
Qeyd edək ki, yarış öncəsində Hollandiya, Macarıstan və Yunanıstan A qrupunda digər rəqiblərindən üstün görünürlər. Qrupun digər komandaları isə Böyük Britaniya, Almaniya və İsraildir.
Yunanıstan və Macarıstan 2014-cü il Madriddə keçirilmiş yeniyetmələr arasında Dünya Çempionatında ön sıralarda yer almaqla güclü olduqlarını sübut ediblər. Belə ki, Yunanıstan 3-cü, Macarıstan isə 4-cü yerin sahibi olub.
B qrupunda isə əsas mübarizə 2013-cü ildə yeniyetnmələr arasında Avropa Çempionatında 2-ci yeri tutan İspaniya komandası ilə İtaliya və Rusiya arasında olacaq.
Bakı-2015-də qadınların yarışı: - Hollandiya İsraili sınağa çəkir - Canlı
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11