Bu gün "Avro-2016”nın seçm mərhələsinin A qrupunun ilk oyununda Türkiyə millisi Qazaxıstanın qonağı olub.
Mia.az xəbər verir ki, Türkiyə yığması oyunun 83-cü dəqiqəsində qalibiyyət qolunu vurub. Qolu Arda Turan vurub - 0:1.
Bununla Türkiyə xalını 8-ə çatdıraraq 3-cü pilləyə sahiblənib. Əgər Hollandiya qələbə qazanarsa, o zaman qardaş ölkə millisi yenə 4-cü pilləyə enəcək.
Turun digər oyunları bu gecə 23:45-də İslandiya – Çexiya, Latviya – Hollandiya arasında baş tutacaq.